Location
Gəlin etiraf edək ki, Bakı şəhərinin mərkəzində ev almaq hər birimizin arzusudur. Şəhərin səs-küylü olmasını səbəb gətirənlər isə sadəcə bu arzunu əldə edə bilməyənlərdir. Əgər şəhərin mərkəzində, müasir tələblərə cavab verən, əsaslı və keyfiyyətli inşa olunmuş bina axtarırsınızsa, deyə bilərik ki, Siz artıq axtardığınızı tapmısınız.
Belə ki, “Harmony Residence” Hənifə Ələsgərov küçəsi 1003 ünvanında, 1 saylı Şəhər Klinik Xəstəxanasının (keçmiş “Semaşko” adına xəstəxana) yaxınlığında, inşa olunub. Şəhərin bu hissəsində isə unikal mikroiqlim hökn sürur. Kompleksin ərazisi qapalıdır. Bu da sizə və yaxınlarınız üçün xüsusi rahatlıq bəxş edəcək. Təhlükəsizlik bizim üçün çox vacibdir.